12px13px15px17px
Tarix:09/10/15

“Hesab.az”-dan internet olmadan da istifadə mümkündür

Bütün mobil operatorların və internet provayderlərin abunəçiləri "Hesab.az" onlayn xidmətlər portalından internet olmadan da yararlana biləcəklər.
 
"ICTnews" elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə istifadəçiləri "Goldenpay" şirkətinin təsisçisi Fərid İsmayılzadə sosial şəbəkə vasitəsi ilə məlumatlandırıb.
 
Onun sözlərinə görə, "Hesab.az"-a daxil olmaq üçün internet balansın olması vacib olmayacaq.
 
Artıq "Azercell" ve "Nar Mobile" abunəçiləri balansları sıfır olsa da portala daxil olub ödəniş edə bilərlər. Bu imkan tezliklə "Bakcell" abunəçiləri üçün də yaradılacaq.
 
Bununla yanaşı, istifadəçilər evdə  qoşulduqları genişzolaqlı internet xidməti bağlı olduğu təqdirdə də Hesab.az"-a daxil ola biləcəklər.
 
Artıq "KATV1"  istifadəçiləri  bu şəkildə ödəniş etmək imkanı əldə ediblər.
 
Bu ayın sonuna bu məsələ  bütün internet provayderlərin abunəçiləri üçün tam həllini tapacaq.
 
CAHANGİR



Baxış sayı: 827

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024