12px13px15px17px
Tarix:10/10/15

FK-lərin dünya üzrə tədarükü 10 faiz azalıb

2015-ci ilin üçüncü rübündə fərdi kompüterlərin (FK) dünya bazarına tədarük həcmi 10 faiz azalıb.
 
 
 
Tədarük həcminin azalması
 
 
«Gartner» analitik şirkətinin məlumatına əsasən, 2015-ci ilin üçüncü rübündə qlobal FK tədarükü 73,7 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 7,7 faiz daha azdır.
 
«IDC»-nin məlumatına görə, FK-nin tədarük həcmi 10,8 faiz azalaraq 71 milyon qurğu təşkil edib.
 
«IDC»-nin nümayəndəsi bildirib ki, azalma gözlənildiyindən çox qeydə alınıb. «Gartner»in məlumatına əsasən, cari ilin üçüncü rübündə «EMEA» (Avropa, Yaxın Şərq, Afrika) regionuna FK tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz azalıb.
 
 
Mənfi amillər
 
 
«EMEA» regionunda qeyri-stabil iqtisadi situasiya və siyasi gərginlik FK bazarına mənfi təsir göstərir. Bundan başqa, dolların kursu mühüm amildir. 2015-ci ilin əvvəlindən dünya valyutaları ilə müqayisədə dolların kursu təxminən 10 faiz yüksəlib.
 
Bu, yalnız EMEA regionunda deyil, həmçinin Yaponiya və Latın Amerikasında FK bazarına təsir göstərib. ABŞ-da FK tədarükü 1,3 faiz, Asiya-Sakit okean regionunda 1,7 faiz yüksəlib.
 
 
«Gartner»in analitiklərinin sözlərinə görə, 2015-ci ilin üçüncü rübündə «Windows 10» əməliyyat sisteminin çıxarılması FK tədarükünə müsbət təsir göstərməyib. Bununla belə, analitiklər hesab edir ki, cari ilin dördüncü rübündə «Windows 10» sistemi FK bazarına müsbət təsir göstərəcək.
 
 
 
 
FK-lərə marağın artması
 
 
«Gartner»in sorğusunda iştirak etmiş respondentlərin təxminən 50 faizi 12 ay ərzində yeni kompüter, 21 faizi isə yeni planşet satın almaq niyyətindədir. Analitiklər bildiriblər ki, FK satın almaq istəyənlər artıb ki, bu da müsbət siqnaldır.
 
 
Top-5
 
«Gartner» və «IDC» tərəfindən dərc edilmiş istehsalçıların «Top-5»-liyi uyğun gəlir. Reytinqdə birinci pilləni «Lenovo», ikincini «HP», üçüncünü «Dell», dördüncünü «Apple», beşincini isə «Acer» şirkəti tutub. «IDC»-nin məlumatına əsasən, rübün nəticəsinə görə heç bir şirkət müsbət nəticə göstərməyib.
 
 
Proqnoz
 
 
«Gartner»in baş analitiki Mikako Kitaqavanın sözlərinə görə, FK bazarında ilkin bərpa əlamətləri 2015-ci ilin dördüncü rübündə qeydə alınacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 289

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik