12px13px15px17px
Tarix:10/10/15

«Windows 10» platforması 10 il ərzində ən çox satılan versiya olub

«Windows 10» əməliyyat sistemini artıq bestseller hesab etmək olar. «Microsoft» korporasiyasının nümayəndəsi bildirib ki, dünyada artıq 110 milyon qurğu yeni ƏS-nin idarəetməsi ilə işləyir və müstəqil analitiklər bu göstəricini təsdiq ediblər.


«NetMarketShare» tədqiqat şirkətinin məlumatına əsasən, «Windows 10» platforması internetə çıxışa malik kompüterlərin 6,6 faizinə quraşdırılıb. Bu, «Windows 8» sisteminin çıxarılmasından ötən iki ay ərzində qeydə alınmış göstəricidən yüksək nəticədir.
 
 
«ICTnews.az» saytı «telekomza.ru» resursuna istinadən yazır ki, indi «Windows 7» hələ ki «Windows»un ən populyar versiyası olaraq qalır, amma əgər onuncu versiya indiki artım tempini saxlasa, o zaman liderliyə yüksələcək.
 
 
Xatırladaq ki, iyulun 29-dan etibarən «Windows 10» platforması «Windows 7» və «8» istifadəçilərinə pulsuz yeniləmə şəklində əlçatandır.
 
 
«Microsoft» şirkətinin nümayəndələri ümid edir ki, 2018-ci ilədək «Windows 10» sistemi 1 milyard qurğuya quraşdırılacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 709

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024