12px13px15px17px
Tarix:12/10/15

Sinqapurun poçt xidməti dronları sınaqdan keçirir

Sinqapurun poçt xidməti pilotsuz uçan aparat (dron) vasitəsilə  Pulau Ubin adasına iki bağlama çatdırıb.
 
 
«ICTnews.az» saytı «hi-news.ru» saytına istinadən yazır ki, havada 2 km məsafə qət etmiş dron məktubu və köynəyi adaya uğurla çatdırıb. Sinqapurun poçt xidməti tərəfindən istifadə olunan dron 500 qram ağırlığında  əlavə yükü havaya qaldıra və 2,3 kilometrədək məsafəni qət edə bilər. Poçt xidməti belə çatdırılma sisteminin hazırlanması üçün «Infocomm Development Authority» («IDA») ilə əməkdaşlıq edib.
 
 
"Hərçənd ki poçt bağlamalarının dronların köməyi ilə çatdırılması xidmətinin tam işə salınması uzaq gələcəyin məsələsidir, bununla belə bizim ilk addımımız belə sistemin mümkünlüyünü sübut etdi» - «IDA»-nın direktoru Jaklin Pox deyib.
 
 
Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024