12px13px15px17px
Tarix:12/10/15

Naxçıvanda poçt bölmələri tərəfindən onlayn ödəniş aparmaq imkanı yaradılacaq

Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən 8 poçt filialı və 147 poçt bölməsinin kompüterləri Naxçıvan şəhərində yerləşən Məlumat Hesablama Mərkəzinə qoşulub.

 Filial və bölmələrin MHM-ə birləşdirilməsi ilə poçt əməliyyatlarının operativ həyata keçirilməsi təmin edilib. Hazırda muxtar respublika ərazisində telefon və kommunal xidmət haqlarının yığılması, beynəlxalq və ölkədaxili pul baratlarının, teleqramların göndərilməsi və qəbulu tamamilə avtomatlaşdırılmış qaydada həyata keçirilir. Əhaliyə göstərilən poçt xidmətinin keyfiyyətinin daha yüksək səviyyədə təşkil edilməsi üçün poçt filiallarında və bölmələrində 118 ədəd POS-terminal quraşdırılıb.
 
 
"Naxçıvanpoçt" MMC-nin Hökumət Ödəniş Portalı istifadəyə verildikdən sonra Hökumət Ödəniş Portalına qoşulan idarə və təşkilatlar üçün poçt bölmələri tərəfindən onlayn ödəniş aparmaq imkanı yaradacaqdır.
 
 
Bundan başqa, Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz sayğaclarının quraşdırılması ilə əlaqədar 10 poçt bölməsində yeni kompüter və kart oxuyucu qurğular qoyulmuş və smartkartların yüklənməsi xidməti təşkil olunub.
 
 
Texnologiyanın inkişaf tempi elektron imzadan istifadəyə tələbatı da artırıb. Belə ki, elektron imzadan istifadə vaxta qənaət etməklə sənədi imzalayaraq istənilən məsafəyə tam təhlükəsiz göndərməyə imkan verir. Bu tələbatı ödəmək məqsədilə NMR-nın mərkəzi poçt şöbəsində elektron imzanın verilməsi xidməti təşkil edilib.
Bu gün muxtar respublikanın şəhər və kəndlərində quruculuq işləri aparılarkən poçt sahəsinin maddi-texniki bazası da möhkəmləndirilir, yeni rabitə evləri və poçt bölmələri istifadəyə verilir, xidmətin səviyyəsi yüksəldilir.
 
Bundan başqa, muxtar respublika ərazisində poçtdaşıma işlərinin yaxşılaşdırılması, beynəlxalq poçtdaşımalarının həyata keçirilməsi üçün "Express Mail Servis", DHL beynəlxalq ekspress poçt xidmətləri fəaliyyət göstərir. Bu da məktubların, sənədlərin və bağlamaların ən qısa zamanda ünvana etibarlı çatdırılmasını təmin edir. Eyni zamanda göndərişlərin hansı məntəqədə olduğunun internet üzərindən izlənməsinə imkan yaradır.
 
 
SEYMUR



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024