12px13px15px17px
Tarix:12/10/15

Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələri açıqlanıb

Prezident yanında Elmin İnkişafı Fondu Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb.  Müsabiqə 2014-cü il noyabrın 10-da elan edilib, qrant iddiaçılarına kömək məqsədilə bir neçə məsləhət seminarı təşkil olunub.  
 
Fonddan bildirilib ki, müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 74 layihə daxil olub, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müvafiq qeydiyyatdan keçirilib, layihələrin ekspertizası işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və yerli və xarici müstəqil elmi ekspertlər cəlb olunub.  
 
Müsabiqənin nəticələrinə dair Elmin İnkişafı Fondunun Himayədarlar Şurası tərəfindən qəbul edilən yekun qərara əsasən, gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 500000 manat olmaqla 24 qalib layihə müəyyənləşdirilib.
 
Gənc alim və mütəxəssislərin 3-cü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Kataliz və Qeyri-üzvi Kimya, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Coğrafiya, Botanika, Memarlıq və İncəsənət, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar və İncəsənət, Dil və Ədəbiyyat institutlarında,  həmçinin Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində, Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda, qeyri-hökumət təşkilatı olan ECORES Ekoloji İnformasiya Analitik Agentliyində yerinə yetiriləcək.
 
 
Qalib layihələrdən 21-i fundamental-tətbiqi, 1-i axtarış-innovasiya xarakterlidir, 2 layihə üzrə isə Azərbaycanda AMEA-nın 70 illiyinə həsr olunan “Geologiya və geofizikanın problemlərinin həllində multidissiplinar yanaşma” mövzusunda Gənc Alim və Tələbələrin 6-cı beynəlxalq elmi konfransı və “Regional turizmin davamlı inkişaf prioritetləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
 
 
Fizika-riyaziyyat və texnika elmləri üzrə 5 layihə, Yer haqqında elmlər üzrə 4 layihə, Kimya elmləri üzrə 5 layihə, Biologiya, tibb və aqrar elmləri üzrə 5 layihə, Humanitar və ictimai elmlər üzrə isə 5 layihə qalib olub. Qalib layihə rəhbərlərindən 17-si qadın, 7-si isə kişidir.
 
Müsabiqənin nəticələri ilə “www.sdf.gov.az” internet səhifəsində tanış olmaq olar.
                           
 
                                               
Həqiqət İSABALAYEVA



Baxış sayı: 238

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Oktyabr 2019

23 10 2019

23/10/19
2022-ci ildə smartfon satışının 60%-i “5G”-qurğuların payına düşəcək

“Strategy Analytics” analitik şirkəti beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən smartfon seqmentinin in

23/10/19
Sənaye müəssisələrinin 50%-dən çoxu hələ də köhnə sistemlərin idarəetməsi altında işləyir

Sənaye müəssisələrinin şəbəkələrində istifadə olunan kompüterlər hələ də köhnə və dəstəyi bitmiş əməli

23/10/19
“Amazon” şirkəti insanların Aya göndərilməsinə kömək edəcək

“Amazon” şirkətinin rəhbəri və “Blue Origin” özəl aerokosmik müəssisəsinin təsisçisi Ceff Bezos ABŞ Kos

23/10/19
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Eurasia Innovation Day” keçirilib

Bu gün Heydər Əliyev Mərkəzində “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüks

23/10/19
BƏƏ-də dünyanın ilk süni intellekt universiteti açılacaq

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə tələbələrə “Süni intellekt” ixtisası üzrə təhsil almağa

23/10/19
“Microsoft” ən yaxşı mobil əməliyyat sisteminin adını açıqlayıb

“Microsoft”un top-meneceri bildirib ki, “Android” platforması smartfonlar, həmçinin şirkət tərəfindən təq

23/10/19
“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb

ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına 

23/10/19
“WhatsApp” messencerində yeni funksiya tətbiq edilib

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik