12px13px15px17px
Tarix:13/10/15

Bu il müəllimlərin elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub

XXI əsr "bilik iqtisadiyyatı" əsri adlandırılır. Yaşadığımız dövrdə yüksək dəyərə malik yeni məhsulların yaradılması üçün həlledici amil olan insan kapitalının inkişafı ön plana çəkilir. Ölkələr arasında rəqabət təbii resurslara sahib olmaq üzərindən tədricən bilikli və səriştəli insan resurslarına malik olmaq sferasına keçir. Bu reallıq təhsil sisteminin kökündən dəyişdirilməsi, onun qarşısında yeni məqsədlərin qoyulması, onlara nail olunması üçün səmərəli vasitə və mexanizmlərin tapılması kimi vəzifələri müəyyənləşdirir.
 
Təhsil naziri Mikayıl Cabbarov bu haqda prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib.
 
Nazir qeyd edib ki, 2013-cü ildə təsdiq olunmuş "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın prioritet istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb: "Bu il müəllimlərin tam şəffaf və elektronlaşdırılmış qaydada keçirilən işə qəbulu müsabiqəsində 3068 nəfər işlə təmin olunub. İlk dəfə ötən tədris ilində XI siniflərin buraxılış imtahanlarına xarici dil əlavə olunub. Bu qərar nəticəsində gənclərimizin xarici dillərə yiyələnməsi yaxşılaşacaq, müasir elmi və texniki nailiyyətlərə çıxışı asanlaşacaq, ölkədə iqtisadi məhsuldarlıq artacaq və innovasiyaların geniş tətbiqinə nail olunacaq".
 
Nazir bildirib ki, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında daha səmərəli və effektiv üsul sistemli yanaşmanın tətbiqidir: "Məsələn, Təhsil Nazirliyi tərəfindən müəllimlərin və məktəb direktorlarının mərkəzləşdirilmiş qaydada işə qəbulu, 1-ci sinfə uşaqların elektron qəbulu, ali təhsil müəssisələrinin verdikləri diplomların elektron bazasının yaradılması və bu qəbildən olan digər tədbirlər həyata keçirilir".
 
 
 
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024