12px13px15px17px
Tarix:13/10/15

“Gartner”: 2018-ci ilə insanların həyatında robot texnikasının rolu artacaq

«Gartner» tədqiqat şirkətinin növbəti illik uzunmüddətli proqnozuna əsasən, insanların həyatında robot texnikası və avtomatlaşdırmanın rolu artacaq.
 
 
Sözügedən analitik şirkətin növbəti illik uzunmüddətli proqnozuna əsasən, robotlar hələ ki məktəblərdə uşaqlara dərs öyrətmir və tabeliyində olanlara əmr etmir, amma bu, zaman məsələsidir.
 
 
Belə ki, şirkətin analitikləri əmindirlər ki, gec-tez uşaqlara dərs öyrədən və onlara ev tapşırıqlarında kömək edən robotlar yaradılacaq.
 
 
Tədqiqat şirkətinin proqnozları aşağıdakılardır:
 
 
  • Kompüterlər müəllifləri əvəzləyəcək. 2018-ci ilə bütün işgüzar sənədlərin 20 faizi kompüterlər tərəfindən tərtib ediləcək.
 
 
"Roborayterlər" artıq indi maliyyə hesabatları, idman və işgüzar xəbərlər generasiya edir və bu tendensiya yüksələn xətt üzrə inkişaf edir - analitik bildirib. Onun sözlərinə görə, kompüterlərin üstünlüyü ondan ibarətdir ki, qərəzli yanaşma və emosiyadan uzaqdırlar.
 
 
  • «Gartner»in proqnozuna əsasən, 2018-ci ilə internetə çıxış olan 6 milyard əşya üçün "müştəri xidməti" tələb olunacaq.
 
 
  • 2020-ci ilə iqtisadi tranzaksiyaların 5 faizində insanların nəzarəti olmadan işləyən avtonom proqram agentləri iştirak edəcək. Artıq indi “ağıllı” alqoritmlər insanların köməyi olmadan maliyyə əməliyyatları həyata keçirir.
 
 
  • 2018-ci ilə 3 milyondan çox işçi robotların müşahidəsi altında öz vəzifələrini icra edəcəklər. "Məsələnin mürəkkəbliyi ondadır ki, robomenecerlərdə insana xas olan reaksiyalar mövcud olmayacaq.
 
 
  • 2018-ci ilə «ağıllı» binaların 20 faizi rəqəmli vandalizmə məruz qalacaq. İşgüzar və yaşayış binalarının daha da «ağıllı» olması və məlumatların ötürülməsi şəbəkəsi ilə sıx əlaqəsi nəticəsində kiberhücum ehtimalı da yüksələcək. "100 faiz təhlükəsizlik mövcud deyil. Qeyri-nasazlıq hiss etdikdə əks tədbirlər qəbul edən sistemlərə ehtiyac olacaq" - «Gartner»in analitiki Plammer bildirib.
 
 
  • 2018-ci ilə ən sürətlə inkişaf edən şirkətlərin 50 faizində canlı ekspertlərlə müqayisədə daha çox «ağıllı» kompüterlər işləyəcək.
 
 
  • 2018-ci ilə rəqəmli köməkçilər insanları səs və sifətinə görə tanıyacaq. Plammer hesab edir ki, parollar öz «acizliyini» sübut edib. "Biometriya çoxdan mövcuddur, lakin yalnız indi geniş tətbiq etməyə başlayıblar" - analitik bildirib.
 
 
 
  • 2018-ci ilə 2 milyon işçi öz üzərində tibbi monitor və ya “fitnes treker” gəzdirməyə məcbur ediləcək. Məsələn, həmişə yaxşı fiziki formanın saxlanılmasını tələb edən vəzifələr (məsələn, təhlükəsizlik xidmətləri) var. Əksəriyyət artıq indi “fitnes trekerlər”dən istifadə edir. Sağlamlığın pisləşməsinə görə işdən çıxarılma ilə bağlı vəziyyətlər yarana bilər: "Bu kimi halları insan hüquqların pozulması kimi qiymətləndirmək olar, amma sağlamlığa nəzarət əmək müqaviləsinin şərti ola bilər. Hər halda, əgər sizi daha sağlam həyat tərzinə sürükləyirlərsə, burda yalnız siz qalibsiniz" - analitik qeyd edib.
 
 
  • 2020-ci ilə mobil qurğularla qarşılıqlı əlaqələrin 40 faizi «ağıllı» agent xidmətlərinin üzərinə düşəcək. «Gartner» şirkətinin analitikləri əmindirlər ki, «Apple Siri» kimi rəqəmli köməkçilər mobil qurğularla qarşılıqlı əlaqə üzrə universal interfeysi olacaq.
 
 
  • 2020-ci il ərzində «bulud» xidmətlərinin təhlükəsizliyinin pozulması ilə bağlı halların 95 faizi istifadəçilərinin günahından olacaq.
 
 
 
Emil Hüseynov



Baxış sayı: 577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024