12px13px15px17px
Tarix:13/10/15

Ən bahalı «iPhone 6S» hansı ölkələrdə satılır?

2015-ci il sentyabrın 25-də ABŞ və bir neçə ölkədə «iPhone 6s» smartfonunun satışına başlanılıb. İndi «Apple»ın qabaqcıl qurğusu rəsmən 60-dan çox dövlətdə satılır. Lakin smartfon bu ölkələrin hər birində maliyyə cəhətdən sakinlər üçün əlçatan deyil, aparatın dəyəri ucuz smartfon satın almaq istəyən əhali üçün çox bahadır.
 
 
«Cnet» nəşrinin ekspertləri müxtəlif ölkələrdə «iPhone 6s» smartfonunun dəyərini araşdırıblar.
 
 
«ICTnews.az» saytı «macdigger.ru» saytına istinadən məlumat verir ki, tədqiqatın nəticələrinə görə, Türkiyədə aşağı konfiqurasiyalı «iPhone 6s» qurğusunun dəyəri 3099 türk lirəsi (1106 AZN), standart konfiqurasiyalı «iPhone 6s Plus»un dəyəri isə 3499 türk lirəsi (1299 AZN) təşkil edir. Smartfonun dəyərinə görə Hindistan növbəti pilləni tutub. 16 QB yaddaşa malik «iPhone 6s» qurğusu Hindistanda 980 AZN, «iPhone 6s Plus» isə 1463 AZN-ə satılır.
 
 
ABŞ-da aşağı konfiqurasiyalı «iPhone 6s» qurğusunun dəyəri 649 dollardan, «iPhone 6s Plus» qurğusunda isə 749 dollardan başlayır.
 
 
Emil Hüseynov
 



Baxış sayı: 741

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024