12px13px15px17px
Tarix:14/10/15

“Ford” Çində smart avtomobillərin inkişafına 1,8 milyard dollar investisiya yatıracaq

ABŞ-ın “Ford Motor” avtomobil istehsalçısı Çində “ağıllı” avtomobillərin hazırlanmasına 11,4 milyard yuan (1,8 milyard dollar) investisiya qoyacaq.
 
Şirkət növbəti beş ildə sürücüsüz idarəetmə və ya avtomobilin smartfonla əlaqəsi kimi müxtəlif “ağıllı” texnologiyalar hazırlamaq niyyətindədir. İstehsalçının icraçı direktoru Mark Fildis bildirib ki, Çin üçün yeni nəsil avtomobillər ölkə istehlakçılarının istəyinə uyğun hazırlanacaq.
 
“Biz Çin bazarında böyük artım müşahidə edirik. Bu, təkcə avtomobillərin satışı üzrə əsas biznesimizin inkişafı yox, həm də avtomobil almaq istəməyən, lakin mobil həyat tərzi yaşamaq arzusunda olan insanlara xidmətlər göstərmək üçün gözəl imkandır”, - “Qazeta yazır.



Baxış sayı: 500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024