12px13px15px17px
Tarix:14/10/15

«Canon» Avropada «Mreal» artırılmış reallıq sistemini təqdim edib

«Canon» şirkəti Avropada «Mreal» («Mixed reality») artırılmış reallıq sistemini təqdim edib.
 
 
«Mreal» sistemi kənar kompüterə birləşdirilmiş artırılmış reallıq eynəyindən ibarətdir. ABŞ-da «Mreal» qurğusunun dəyəri 125 min dollar təşkil edir.
 
 
«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən məlumat verir ki, məhsul korporativ istehlakçı üçün nəzərdə tutulub, Yaponiya və ABŞ-da artıq avtomobil sənayesində tətbiq olunur. «Mreal» sistemi vasitəsilə yeni maşın, mühərrik qurğusu istehlakçıya nümayiş etdirilib.
 
 
Hazırda bu tip qurğuların sənaye tətbiqindən başqa istifadəçi yönümlü istiqaməti də aktiv inkişaf etdirilir: bu tip aparatlardan əyləncə üçün istifadə etmək təklif edilir.
 
 
«Canon Expo» 5 ildən bir keçirilir. Şirkət sərgi çərçivəsində mövcud məhsullarını və perspektivli texnologiyalarını təqdim edir. Cari il «Canon» şirkətinin prezidenti Fudzio Miterai virtual reallıq texnologiyasını şirkətin strateji fəaliyyət istiqamətlərindən biri adlandırıb, həmçinin “Əşyalar interneti”nin vizuallaşdırılması, tibbi texnologiyalar, « 8K» təsvir ölçülü kinematoqrafiya çəkilişi, təsvirlərin saxlanılması və idarəetməsi üçün texnologiyalar şirkət üçün əsas sahələr elan edilib.
 
 
Emil Hüseynov



Baxış sayı: 478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024