12px13px15px17px
Tarix:14/10/15

ABŞ-da sosial şəbəkə istifadəçilərinin sayı son 10 ildə 10 dəfə artıb

“Pew Research” şirkətinin yeni hesabatına görə, yeniyetmə amerikalıların 65 faizi hazırda sosial şəbəkələrdən istifadə edir. 18-29 yaşlı gənclər arasında bu rəqəm 90 faiz, 65 və daha yuxarı yaşlılar arasında 35 faiz təşkil edir. ABŞ-da yeniyetmə auditoriyası daxil olmaqla sosial media istifadəçilərinin ümumi sayı təxminən 75 faizdir.
 
“Pew Research” analitikləri sosial şəbəkələrdən istifadənin vaxt ötdükcə artmasını göstərmək məqsədilə son on ildə keçirilmiş 27 tədqiqatın və  62 min fərdi sorğunun nəticələrini birləşdiriblər.  
 
2005-ci ildə amerikalıların yalnız 7 faizi sosial media istifadəçisi olub. O vaxtdan sosial şəbəkələrin auditoriyalarının sürətli artımı müşahidə edilir.
 
Lakin bununla belə, 2010-cu ildə gənclər arasında sosial şəbəkələrdən istifadədə artım zəifləyib, daha yaşlı insanlar arasında isə sürətlənib. Hazırda 65 yaşdan yuxarı amerikalıların 35 faizi sosial media istifadəçisidir ki, bu da 2010-cu ilin göstəricisindən (11 faiz) 3 dəfə çoxdur, - "Searchengines” yazır.



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024