12px13px15px17px
Tarix:14/10/15

“Nizami” metro stansiyası dünyanın ən gözəl metro stansiyalarının beşliyinə daxil edilib (FOTOLAR)

 "Qafqaz Xəbərləri" nəşri dünyanın ən gözəl stansiyalarının reytinqini dərc edib. Siyahıda Bakı Metropoliteninin "Nizami" stansiyası da yer alıb.




 


Reytinq cədvəlində birinci yerdə qərarlaşan Tayvanın Qaosyun şəhərində yerləşən "Formoza Bulvarı" metro stansiyası şüşə panellərdən işlənmiş göz oxşayan tərtibata malikdir. Panelin uzunluğu 4500 metrdir.
 
 
Yüzlərlə ayrı-ayrı şüşə hissələrindən işlənmiş parlaq mozaikanı rəssam Narçis Kvolyata ərsəyə gətirib.
 
 
Kaleydosk effekti sayəsində bu metro stansiyası yeni ailə həyatı qurmuş şəxslərin sevimli fotoçəkiliş meydançasına çevrilib.
 
 
30 metrlik diametrə malik günbəzdə insan həyatının 4 əsas ünsürü həkk edilib.  "Su" - həyat, "Yer" - inkişaf və iqtisadi yüksəliş, "İşıq" - yaradıcılıq ruhu,  "Od"  isə  sevgi və dözümlülük mənasını ifadə edir.
 

İtaliyanın Neapol şəhərində yerləşən "Toledo" metro stansiyası "İşıq panelləri"  sayəsində ən gözəl yerlərdən biridir. Bundan başqa, bu metro stansiyası, həmçinin Neapolda ən dərin stansiyalardan hesab edilir.


 


Dünyanın ən dərin metro stansiyalarından biri olan «Toledo»nun interyeri üzərində ispan memarı Oskar Tuskets Blanka və Cənubi Afrika rəssamı Uilyam Kentric işləyib.
 

Çoxlu sayda platformaya malik vağzal kimi "Ginnesin Rekordlar Kitabı"na düşmüş Nyu-Yorkda yerləşən Mərkəzi vağzalın tavanı öz gözəlliyi ilə insanı heyran edir.
 
Gözləmə zalı tağ şəkilli pəncərə və sütunlardan ibarət dəbdəbəli stildə işlənib və tağlı məbədi xatırladır. Bu stansiya Nyu-Yorkun simvollarından sayılır.
 
 



 


Moskvanın "Komsomol" metro stansiyası arxitekturasına görə klassisizm elementlərini özündə birləşdirən möhtəşəmliyi, təmtəraqlılığı ilə seçilən Stalin ampirinin apofeozudur.
 
Stansiyanın şimal sonluğunda kiçik günbəzli avanzala doğru aparan pilləkən yerləşir.
 
 
Uzun və geniş dəhliz avanzaldan eskalator tunelinə doğru davam edir. Eskalator tuneli öz növbəsində hər iki stansiya qovşağı üçün ümumi yerüstü vestibülə aparır.
 
 
Böyük Vətən müharibəsində sovet xalqının zəfəri stansiya interyerlərinin arxitekturasında aparıcı mövzudur.
 
 
 



 


"Nizami" stansiyası Bakı metropoliteninin ilk xəttinin sonuncu stansiyasıdır. Mühüm inzibati və elmi mərkəzlərin yerləşdiyi Bakının Dağlıq hissəsinə aparan metropoliten xəttinin əvvəli burdan başlanır. Amma bu stansiyanın reytinqdə yer almasının  tək səbəbi bu deyil.
 
 
Nəşrdə qeyd edilir ki, "Nizami" - eskalatorlarla təchiz edilmiş dərin stansiyadır. Azad qadın heykəlinin yaxınlığında yerləşir. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən gözəl nümunələrindən istifadə edilib.
 


 


Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılmış "Nizami" stansiyası Bakı Metropoliteninin ən gözəl işlənmiş stansiyalarından biridir. Bu stansiya  SSRİ xalq memarı akademik M. Useynovun layihəsi üzrə inşa edilib. Yeraltı metro stansiyasını Nizami Gəncəvinin mozaika portreti və onun əsərlərinin pannosu bəzəyir.
 



 


Emil Hüseynov



Baxış sayı: 3224

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2019

23/01/19
Rabitə işçilərinin Respublika Spartakiadasında kəndirdartma üzrə yarışın qalibi məlum olub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar 

23/01/19
“Xiaomi” şirkətinin prezidenti ilk bükülən smartfon nümayiş etdirib

Çinin “Xiaomi” şirkətinin prezidenti Lin Bin yanvarın 23-də “Weibo” sosial şəbəkəsindəki səhifəsində 

23/01/19
Kripto cüzdanlara müdaxilə edən yeni virus aşkar edilib

"Doktor Veb" şirkətinin mütəxəssisləri tərəfindən kriptovalyuta cüzdanlarından parolları oğurlayan kompüter 

23/01/19
“Google Play” mağazasında saxta “GPS” mobil proqramlar aşkarlanıb

“Eset” antivirus şirkəti “Google Play” mağazasında 50 milyon dəfədən çox yüklənilən 15-ə yaxın 

23/01/19
Yeni “Samsung” smartfonlarına oyunları sürətləndirən texnologiya tətbiq ediləcək

Avropada Cənubi Koreyanın “Samsung” şirkətinin “Neuro Game Booster” adlı texnologiya üçün 

23/01/19
“Apple” 2020-ci ildə LCD displeylərindən imtina edəcək

“Apple” korporasiyası 2020-ci ildən etibarən smartfonlarda LCD (maye kristal) ekranların tətbiqindən 

23/01/19
“iPhone” smartfonu əsasında noutbuk yaradılacaq

“Apple” şirkəti “iPhone” smartfon modeli əsasında noutbukun yaradılması üsulunu təsvir edən 

23/01/19
“Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı smartfon məlum olub

“Lenovo Z5 Pro GT” cihazı “Android” sisteminin idarəetməsi altında işləyən ən yüksək məhsuldarlıqlı 

23/01/19
“WhatsApp”ın fəaliyyətində qlobal nasazlıq yaranıb

“WhatsApp” messencerinin istifadəçiləri nasazlıqla üzləşiblər. ICTnews” Elektron Xəbər Xidməti 

22 01 2019

22/01/19
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın 

22/01/19
Prezident İlham Əliyev “Cisco” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda “CISCO” şirkətinin icraçı vitse

22/01/19
Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib

“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 

22/01/19
“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib

“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz 

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb