12px13px15px17px
Tarix:15/10/15

“Elektron sənəd dövriyyəsi” sisteminin təqdimatı keçirilib

İqtisadiyyat və Sənaye Nazirliyində (İSN) "Elektron sənəd dövriyyəsi" sisteminin (DocNet) ictimaiyyət üçün təqdimatı keçirilib.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda nəzərdə tutulan "Açıq qapı" vətəndaş forumlarının keçirilməsi barədə tapşırığa uyğun olaraq baş tutan təqdimatda bildirilib ki, "DocNet" sisteminin ilk dəfə olaraq tətbiq edilən qurumlardan bidi də İSN-dir.
 
Qeyd edilib ki, nazirliyin strukturlarında "DocNet" sisteminin tətbiqi nəticəsində kağız və digər müvafiq dəftərxana ləvazimatlarına tələbat aradan qalxıb, sənəd dövriyyəsində operativlik və vaxta qənaət, icra intizamının daha da möhkəmləndirilməsi təmin edilib.
 
 
Tədbirdə iştirakçılar "Elektron sənəd dövriyyəsi" sistemi vasitəsilə sənədlərin avtomatlaşdırılmış idarə olunması, o cümlədən qeydiyyatı, dövriyyəsi və icraatın başa çatdırılması prosesi ilə əyani şəkildə tanış olmuş, "DocNet" sisteminin tətbiqi ilə bağlı suallar cavablandırılıb.
 
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)na uyğun olaraq, "Elektron sənəd dövriyyəsi" sistemi İqtisadiyyat və Sənaye Nazirliyində 2010-cu ildən uğurla tətbiq edilir.
 
 
Nazirlikdə keçirilmiş tədbirdə dövlət qurumlarının, bank və digər təşkilatların bu sahəyə məsul şəxsləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
 
 
SEYMUR



Baxış sayı: 242

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






31 May 2020

30 05 2020