12px13px15px17px
Tarix:15/10/15

“Bank Respublika” yeni innovativ pulköçürmə sistemini tətbiq edib

"Bank Respublika" yeni "Vektor" adlanan innovativ  pulköçürmə sistemini tətbiq edib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, artıq istәnilәn "e-Manat" terminalından manat valyutası ilә Bakı və ölkə üzrə 20 şəhərə pulköçürmәsi etmək mümkündür.
 
Belәliklә, pulu göndәrәn şәxs "e-Manat" terminalına yaxınlaşaraq vәsaiti daxil edir vә sistem tәrәfindәn verilәn kodu pulu alan şәxsә bildirir. Vəsaiti alan şәxs isə öz növbәsindә "Bank Respublika"nın istәnilәn filialına yaxınlaşaraq şәxsiyyәt vәsiqәsini vә köçürmә kodunu tәqdim edikdən sonra vәsaiti ala bilər.
 
Maksimal köçürmə məbləği 3000 manat təşkil edir. Xidmət artıq Abşeron, Bakı, Bərdə, Cəlilabad, Göyçay, Gəncə, Xaçmaz, İmişli,  Qax,  Quba,  Lənkəran, Masallı,  Mingəçevir,  Sabirabad,  Sumqayıt,  Şəki, Şəmkir,  Şirvan, Tovuz, Yevlax, Zaqatalada aktivdir. Xidmət haqqı köçürülən məbləğdən asılı olaraq 2-20 manat təşkil edir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 618

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024