12px13px15px17px
Tarix:15/10/15

Dronlar tikinti sektorunu necə dəyişdirir?

ABŞ dronları Yaponiyaya işçi qüvvəsinin çatışmazlığı ilə mübarizə aparmaqda kömək edir. «Komatsu» şirkəti Yaponiyanın yüzillik tarixə malik qədim tikinti firmalarından biridir. Şirkətin ağır tikinti texnikası bütün dünyada satılır, ancaq firma doğma Yaponiyada ciddi problemlə üzləşib: lazımi sayda gənc işçi qüvvəsi cəlb edə bilmir. Gənc işçi qüvvəsinin çatışmazlığı məsələsi o qədər ciddidir ki, ekspertlər 2020-ci ildə keçiriləcək Olimpiya oyunları fonunda tikinti sahəsində böhran proqnozlaşdırır. «Komatsu» şirkəti bu böhrandan xilas olmaq üçün "ağıllı tikinti" adlı yeni xidmətini istifadəyə verib. Nəticədə özü idarəolunan texnika (ekskavator, yük maşınları və digərləri) pilotsuz kvadrakopterlər tərəfindən tərtib edilmiş «3D» xəritə naviqasiyasından istifadə edərək öz işini görür. Belə texnikanın istifadəsi özünü insan əməyindən daha səmərəli göstərib.
 
Pilotsuz təyyarələr hesablamalarda daha az səhvə yol verir və işi daha sürətlə görür. Şirkətin qiymətləndirməsinə görə, ənənəvi geodeziya metodları ilə meydançanın ölçülməsinə orta hesabla təxminən iki həftə sərf edilir. Dronlar bir gün ərzində bu işin öhdəsindən gəlir.
 
«Komatsu» şirkəti dronları ABŞ-ın «SkyCatch» startapından satın alır. Yaponiya şirkəti «SkyCatch» startapının texnologiyasına o qədər maraq göstərir ki, hətta startapa 25 milyon dollar sərmayə qoyub.
 
Emil Hüseynov




Baxış sayı: 537

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024