12px13px15px17px
Tarix:15/10/15

Bazarın iri şirkətləri fərdi kompüterlərin satışını yaxşılaşdırmaq üçün səylərini birləşdirib

"Intel", "Microsoft", "Hewlett-Packard", "Dell" və "Lenovo" kompüter istehsalçıları fərdi kompüterlər bazarında vəziyyəti yaxşılaşdırmaq məqsədilə səylərini birləşdirərək alyans yaradıblar.

Alyans ilk öncə məqsədi potensial alıcılara fərdi kompüter alışından əldə edilən faydanı çatdırmaq olan "PC Does What?" adlı geniş reklam kampaniyası təşkil etmək qərarına gəlib. Televiziya reklam çarxlarında və onlayn reklamda tamaşaçılar müasir kompüterlərin nəyə qadir olmasını və onların insan həyatını necə dəyişə bilməsini görmək imkanı əldə edəcəklər.

Tarixən kompüter reklamına əsas töhfəni "Intel" və "Microsoft" şirkətləri verib, lakin bu dəfə iri fərdi kompüter istehsalçıları bu işdə həmkarlarına dəstək olacaqlar. Reklam kampaniyası əvvəlcə ABŞ və Çində işə salınacaq.

Kampaniyaya xərclənən məbləğ barədə məlumat verilməsə də, bəzi məlumatlara görə, onun büdcəsi bu bazar seqmentində illik reklam xərclərinə bərabər olacaq ki, bu da 300 milyard dollar deməkdir, - "Hi-News" yazır. 




Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024