12px13px15px17px
Tarix:15/10/15

Asan İmza Hökumət Ödəniş Portalına inteqrasiya edilib

“Asan İmza” mobil elektron imza xidməti Hökumət Ödəniş Portalına inteqrasiya edilib. Bununla, portalın istifadəçiləri mobil elektron imzadan istifadə edərək portala daxil ola və orada təmsil olunan dövlət orqanları tərəfindən təqdim edilən 220-dən çox, ümumilikdə isə 21 təşkilat üzrə 330-dan artıq xidmətlə bağlı ödənişləri həyata keçirə bilər. Bu cür ödənişlərə vergilər və digər dövlət rüsumları, ipoteka ödənişləri, kommunal və rabitə xidmətləri üzrə ödənişlər və s. aiddir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Hökumət Ödəniş Portalının fəaliyyətinin əsas məqsədləri “Elektron hökumət” quruculuğunun inkişaf etdirilməsi istiqamətində dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə rüsümlara görə ödənişlərin real vaxt rejimində elektron formada qəbulunun təmin edilməsi, büdcə ödənişlərinin aparılması prosesinin sadələşdirilməsi, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin artırılması, kommunal və digər kütləvi xidmət müəssisələri üzrə ödənişlərin ən müasir ödəniş üsullarından istifadə edilməklə toplanması üçün infrastruktur imkanların yaradılması, eləcə də bank və digər maliyyə qurumları arasında sağlam rəqabət mühitinin yaradılmasından ibarətdir. 

SEYMUR




Baxış sayı: 526

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024