12px13px15px17px
Tarix:15/10/15

“Nar” “Günlük” internet paketini təqdim edir

Abunəçilər cəmi 10 qəpik ödəməklə 20 MB internet trafiki əldə edirlər.
 
Abunəçilərin rahatlığını təmin etməyə çalışan "Nar" yeni "Günlük" paketini təqdim edir.Dəyəri cəmi 0.10 AZN təşkil edən "Günlük" paketinə 20 MB internet trafiki daxildir."Günlük" paketi əvvəllər mobil internetdən istifadə etməmiş abunəçilər üçün mükəmməl başlanğıcdır. Bu təklif "Wi-Fi" şəbəkəsinin əhatə etmədiyi ərazilərdə mobil internetdən istifadə hallarına görə əlavə ödənişlə üzləşmək istəməyən smartfon istifadəçiləri üçün də son dərəcə əlverişlidir.
 
Xidməti aktivləşdirmək üçün "gunluk" yazaraq 777 qısa nömrəsinə göndərmək və ya *777#12#Yes şifrəsini yığmaq kifayətdir. "Günlük" paketini "Şəxsi kabinet", "eNəzarət" kimi xidmətlər vasitəsilə də aktiv etmək olar. 




Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024