12px13px15px17px
Tarix:17/10/15

DİN “Elektron sənəd dövriyyəsi” sisteminə inteqrasiyanı tam başa çatdırıb

“Daxili İşlər Nazirliyində vətəndaşların müraciətlərinin qəbulu və baxılması sahəsində idarəçilik fəaliyyətinin, icra intizamına nəzarət mexanizminin təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinə diqqət artırılıb.
 
 
Nazirliyin aparatında və struktur qurumlarında “Elektron sənəd dövriyyəsi” sisteminin əhatə dairəsi, o cümlədən proqram təminatı genişləndirilib, müraciətlərin elektron poçt vasitəsilə qəbulu, qeydiyyatının elektron formada aparılması işinin təkmilləşdirilməsi davam etdirilib”.
 
“ICTnews.az” elektron xəbər xidməti bildirir ki, bu fikirləri Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov etdiyi məruzəsi zamanı söyləyib. General-mayor bildirib ki, rəsmi veb-sayta edilən müraciətlərin də Elektron Sənəd Dövriyyəsi sisteminə inteqrasiyası təmin olunub.
 
Nəticədə vətəndaşların sayt vasitəsilə respublikanın istənilən yerindən birbaşa elektron qaydada müraciət etmələrinə, qəbula yazılmalarına dair ərizələrinin elektron formada ötürülməsinə və operativ cavablandırılmasına imkanlar yaradılıb. “Həmçinin, əlavə sənəd dövriyyəsinin, vaxt itkisinin, qəbulla bağlı təkrar müraciətlərin qarşısı alınıb, vətəndaşa aid məlumatların sistemli axtarışı təşkil edilib” – deyən N.Şirinov əlavə edib ki, şəhər, rayon polis orqanlarında ərizə və şikayətlərin avtomatlaşdırılmış qeydiyyat bazasının yaradılması və “Elektron Sənəd Dövriyyəsi” sisteminə inteqrasiyası da başa çatdırılıb.
 
 
Kollegiyada qeyd edilib ki, nazirliyin rəhbərliyi tərəfindən son bir il 9 ayda 6.412, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın bölgələri üzrə 4.223 vətəndaş qəbul olunub. Hər bir müraciətin mahiyyəti üzrə lazımi tədbirlər görülərək qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub, əmlak mübahisələri və dəymiş ziyanın ödənilməsi məsələləri ilə bağlı hüquqi yardımlar göstərilib.
 
 
Eyni zamanda, nazirliyin müvafiq Kollegiya Qərarının və göstərişinin icrası çərçivəsində şikayətləri doğuran səbəblərin və şəraitin aradan qaldırılması üzrə səmərəli tədbirlər həyata keçirilib. Bütün bunlarla əlaqədar ötən il 456 və carı ilin 9 ayında 295 vətəndaş nazirliyə minnətdarlıq məktubları ünvanlayıb.
Şikayətlərin araşdırılmasının keyfiyyətinə diqqətin artırılması, qanunçuluğun pozulmasına qarşı təsirli ölçülərin götürülməsi fəaliyyətin aidiyyəti qanunların, fərman və sərəncamların  tələblərinə uyğun daha effektli təşkilində əhəmiyyətli rol oynayıb.
 
 
Görülmüş bu və digər təşkilati-praktiki tədbirlərlə 2014-cü ildə vətəndaşlardan nazirliyə daxil olmuş müraciətlərin sayı 4,3 faiz, şikayətlərin sayı 6,9 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasına ünvanlanan müraciətlərin sayı 21 faiz azalıb.
 
Qeyd edilməlidir ki, şikayətlərin araşdırılmasının birbaşa rayon polis orqanlarının rəislərinə həvalə edilməsi və nəticələrinin məruzə olunması tələbi  ötən il daxil olan ümumi müraciətlərin  dinamikasına  müsbət təsir göstərib.
 
 
Carı ilin 9 ayında bilavasitə nazirliyə daxil olan şikayətlərin sayı 9 faiz, o cümlədən təkrar şikayətlərin sayı 3 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 2,8 faiz azalıb.
 
 
SEYMUR



Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024