12px13px15px17px
Tarix:19/10/15

“Airbus” Londondan Nyu-Yorka 1 saata uçan təyyarə üçün patent hüququ alıb

“Airbus” aviaşirkəti sərnişinləri Nyu-Yorkdan Londona 60 dəqiqəyə apara bilən hava gəmisi üçün patent hüququ əldə edib.  
 
Təyyarə “Konkord-2” adlanır. Patentə görə, səsdən güclü reaktiv təyyarə üç ayrı-ayrı mühərrikdən istifadə sayəsində hava axınını yarıb keçə bilir.
 
Hava gəmisinin uçuşları 2003-cü ildə dayandırılan orijinal “Konkord” təyyarəsindən üç dəfə daha sürətli uçacağı nəzərdə tutulur.
 
Patentə əsasən, “Airbus” salonunda 19 sərnişin yerləşə biləcəyi yeni “Konkord” təyyarəsindən ilk növbədə hərbi məqsədlər üçün istifadəni planlaşdırır. Layihənin kosmik aviadaşımalar sahəsində istifadə oluna biləcəyi barədə məlumat verilmir, - “Qazeta”  yazır.



Baxış sayı: 483

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024