12px13px15px17px
Tarix:19/10/15

Naxçıvan rəqəmli televiziya yayımı xidmətlərini göstərməyə başlayır

Azərbaycanın ilk kabel televiziyası operatoru "B&B TV" şirkəti Naxçıvanda test rejimində rəqəmli televiziya yayımı üzrə  kommersiya xidmətləri  təqdim edir.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, Naxçıvanda təqdim ediləcək tarif paketləri daha sərfəli qiymətlə təklif ediləcək.
 
"Bizim Naxçıvanda oktyabr ayının sonundan etibarən göstərəcəyimiz rəqəmli televiziya yayımı üzrə kommersiya xidmətlərinin tarifləri mövcud olan tarif paketlərinin qiymətlərindən seçiləcək. Belə ki, əsas rəqəmli yayım paketinin qiyməti 7-9 manat arasında olacaq, hər əlavə yayım paketinin tarifi isə 4-5 manat təşkil edəcək", - deyə şirkətdən bildiriblər.
 
Artıq Naxçıvanda, maya dəyəri və imkanları daha məhdud olan DVB-T rəqəmli formatda sosial paketin yayımı təşkil edilib. Sosial paketə bütün yerli kanallar və iki Naxçıvan kanalı daxildir.
 
Yerli kanallar HD formatında yayımlanır. DVB-T2 formatında kommersiya paketinə isə 84 kanal daxildir. Bu xidmətlər Duzdaq, Dəstə, Sədərək, İbadulla rayonlarında təqdim ediləcək.
 
Kommersiya əsasında əhaliyə üç cür yayım paketi - "Film paketi", "İdman paketi" və "Bilik paketi" təqdim ediləcək.
 
Aynur Vəliyeva



Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024