12px13px15px17px
Tarix:19/10/15

Fərdi kompüterlərin tədarükü 23 faiz azalıb

«IDC» tədqiqat şirkətinin məlumatına əsasən, 2015-ci ilin üçüncü rübündə  Avropa, Yaxın Şərq və Afrika («EMEA») ölkələrinə fərdi kompüter (FK) tədarüklərinin həcmi illik hesablama üzrə 23 faiz azalaraq 18,4 milyon təşkil edib.
 
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, mütəxəssislər valyuta, Şərqi Avropa və Yaxın Şərqdə siyasi qeyri-sabitlik, həmçinin riteyler və distribüterlərin «Windows 8.1 with Bing» əməliyyat sistemi (ƏS) ilə işləyən modellərin anbar qalıqlarını aradan qaldırmaq istəyini mənfi dinamikanın səbəbi kimi göstərib.
 
 
Tədqiqata əsasən, sentyabrda «Windows 10» ƏS ilə işləyən FK-in tədarükünün artımı müşahidə olunsa da, «Microsoft» şirkəti tərəfindən yaradılmış ödənişsiz yeniləmə imkanına görə yeni qurğulara tələbat az olub.
 
 
 
"Cari ilin üçüncü rübündə «EMEA» regionunun FK bazarında tendensiyalar ikinci rübdə olduğu kimi qalıb" - «IDC»-nin «EMEA» regionunun kompüter bazarı üzrə analitiki Masik Qorniski bildirib. Mütəxəssisin sözlərinə görə, FK-in anbar ehtiyatlarının səviyyəsini normallaşdırmaq çətin olsa da, ancaq bu istiqamətdə müəyyən irəliləyiş əldə edilib ki, bu da dördüncü rübdə tədarükün artımını stimullaşdırmalıdır. Bununla belə, analitik bildirib ki, valyuta dəyişikliyi və bir sıra ölkələrdə qeyri-stabil siyasi vəziyyət İT sahəsinə investisiya  qoyuluşunu azaldır.
 
 
 
Ekspertlər Qərbi Avropanın FK bazarında 18,4 faizlik azalma qeydə alıblar, bu halda Fransa və Almaniyada azalma tempi müvafiq olaraq 21,2 və 23,3 faiz təşkil edib.
 
 
 
Emil Hüseynov



Baxış sayı: 615

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024