12px13px15px17px
Tarix:20/10/15

Daha bir elektron xidmətin inzibati reqlamentində dəyişikliklər edildi

Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti üzrə inzibati reqlamentdə dəyişikliklər edib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, inzibati reqlamentin “iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;” məzmunlu  2.6.1.6-cı yarımbəndində “müdafiə” sözü “hərbi” sözü ilə əvəzlənib.
 
Bununla yanaşı, reqlamentə 1 nömrəli Əlavənin “iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda” məzmunlu 11.4-cü bəndində “müdafiə” sözü “hərbi” sözü ilə əvəz edilib.
 
CAHANGİR



Baxış sayı: 493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024