12px13px15px17px
Tarix:20/10/15

Vətəndaşlar elektron xidmətlərlə bağlı 2 yeni təklif verib

“Elektron hökumət” portalının “Fikir bankı”na elektron xidmətlər üzrə 2 yeni təklif göndərilib.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, portal istifadəçisi Pərvin Qasımovun təklifi “Elektron hökumət”ə dair maarifləndirmə işlərinin genişləndirilməsi ilə bağlı olub. İstifadəçi yazır: “İdarələrdə bununla əlaqəli insanlara demək olar ki, heç məlumat verilmir. Təklif edirəm ki, bununla bağlı maarifləndirici işlərə daha geniş yer verilsin”.
 
Aqşin Eyyubov isə avtonəqliyyat vasitəsinə həbs qoyulub-qoyulmaması, həmçinin radara düşmə barədə məlumatları “Elektron hökumət” portalı vasitəsi ilə öyrənə bilməyin əhəmiyyətini vurğulayır: “Bu, yol polisi ilə vətəndaşlar arasında yaşanan narazılıqları və neqativ halları da azaltmış olar”.
 
Qeyd edək ki, indiyədək “Fikir bankı”na 199 elektron təklif daxil olub, onlardan 124-ü qəbul olunub, 75-i isə ləğv edilib.
 
CAHANGİR
 



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024