12px13px15px17px
Tarix:21/10/15

Avropa sakinləri mobil bankçılıqdan aktiv istifadə edirlər

Mobil ödənişlər sahəsində təhdidlərin çoxalması ilə əlaqədar kibertəhlükəsizlik üzrə ekspertlərin xəbərdarlığına baxmayaraq, avropalı istehlakçıların 25 faizi mobil bankçılıqdan aktiv istifadə edir.
 
«ICTnews.az» saytı «payspacemagazine.com» saytına istinadən yazır ki, «Forrester» analitik şirkətinin tədqiqatına əsasən, bu göstərici 2011-ci illə müqayisədə xeyli artıb, belə ki, o vaxt istehlakçıların yalnız 9 faizi mobil bankçılıqdan istifadə edib. Ancaq buna baxmayaraq, istehlakçıların təxminən 32 faizi əvvəlki kimi mobil bankçılığın təhlükəsizliyinə güvənmir.
 
Tədqiqata əsasən, mobil bankçılıqda ən geniş yayılmış funksiya hesab balansının yoxlanmasıdır. İstifadəçilərin 53 faizi öz smartfonundan əməliyyat tarixçəsinə baxış üçün istifadə edib.
 
Tədqiqata əsasən, bir il ərzində mobil bankçılıq məqsədilə öz planşetlərindən istifadə edən istehlakçıların sayı 11-dən 13 faizədək artıb.
 
Məxfilik və təhlükəsizlik əvvəlki kimi mobil bankçılıq istifadəçilərini narahat edən məsələlərdir.
 
Emil Hüseynov



Baxış sayı: 650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024