12px13px15px17px
Tarix:21/10/15

Praqada evsiz insanlar «Wi-Fi» nöqtəsinə giriş kimi istifadə ediləcək

Praqa şəhərinin sakinləri və qonaqları "canlı Wi-Fi layihəsi» çərçivəsində  internetə qoşula və ya küçədə smartfon və ya planşeti enerji ilə doldura bilərlər.
 
«ICTnews.az» saytı «euromag.ru» saytına istinadən yazır ki, evsiz insanlar layihədə işləməyə dəvət olunur. İndi layihə 56 yaşlı Radimin üzərində sınaqdan keçirilir. Qeyd edək ki, Radim son 5 ildə metronun çıxışında gül satmaqla dolanıb.
 
Həmçinin başqa evsiz insanlar layihəyə qoşula bilər. «Prague Post» portalı yazır ki, evsiz insanlar 20 metr əhatə dairəsinə malik cib routeri ilə təchiz ediləcək. Layihədə iştirak edən insanlar Praqanın müxtəlif yerlərində gündə 8 saat ayaq üstə duracaqlar və onların maykasının üzərində "Free WI-FI charity" yazısı olacaq.
 
Əvəzində layihəni hazırlamış xeyriyyə təşkilatı belə insanlara kömək edəcək: onların yataqxanada gecələmə haqqını ödəyəcək, geyim, yeməklə təmin edəcək və ya cib xərcliyi verəcək.
 
Emil Hüseynov



Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024