12px13px15px17px
Tarix:21/10/15

«HTC One A9» smartfonu rəsmi təqdim edilib

Tayvanın «HTC» şirkəti yeni «HTC One A9» smartfonunu təqdim edib.
 
Aparatın qalınlığı 7,62 mm-dir və korpusu alüminium materialdan hazırlanıb.
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, smartfon «FullHD» (1920x1080 nöqtə) təsvir ölçülü 5 düym diaqonallı «AMOLED» ekrana malikdir. Ön panel «Gorilla Glass 4» şüşəsi ilə qorunub. Qurğu səkkiznüvəli «Qualcomm Snapdragon 617» prosessoru, 2 QB  tutumunda əməli yaddaş, 16 QB daxili yaddaşla təchiz edilib və yaddaş kartı dəstəklənir.
 
Smartfonun əsas kamerasının təsvir ölçüsü 13 Mp-dir (meqapiksel) və optik sabitləşmə funksiyasına malikdir, ön kameranın təsvir ölçüsü isə 4 Mp-dir. Aparat «Android 6.0 Marshmallow» versiyası ilə işləyir. «HTC One A9» 2015-ci ilin noyabrında satışa çıxarılacaq.
 
Emil Hüseynov



Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024