12px13px15px17px
Tarix:21/10/15

Dünyada domen adları qeydiyyatçılarının sayı 2 mini ötüb

Dublində (İrlandiya) internetdə domen adlarının və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned Names and Numbers” (ICANN) qeyri-kommersiya təşkilatının 54-cü konfransının açılışı zamanı qlobal domen adları sisteminin inkişafı üzrə şöbənin (Global Domains Division) rəhbəri Əkrəm Atalla hazırda dünyada təşkilat tərəfindən akkreditasiya olunan 2121 qeydiyyatçı şirkətin olmasını bəyan edib.
 
Bildirilir ki, bu, “ICANN”-ın iyunun sonunda Buenos-Ayresdə (Argentina) keçirilən 53-cü konfransında olan qeydiyyatçıların sayından 579 qeydiyyatçı şirkət çoxdur.  
 
Ə.Atallanın sözlərinə görə, bu onunla əlaqədardır ki, “ICANN” tərəfindən qeydiyyatçılar üçün sığorta məsuliyyəti tələbi (Liability Insurance) ləğv edilib. ABŞ və Qərbi Avropadan kənarda bu sığorta növünün alınması böyük çətinliklərlə əlaqədardır. Buna görə də “ICANN” bu proseduru ləğv etmək qərarına gəlib, çünki o, domen bazarının və ümumilikdə domen adları sistemlərinin inkişafına mane olur, - "Webnames www.webnames.ru” yazır.



Baxış sayı: 787

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024