12px13px15px17px
Tarix:22/10/15

İspaniyanın 12 aeroportunda ödənişsiz və limitsiz simsiz internet əlçatan olacaq

İspaniyanın ödənişsiz internet xidmətlər üzrə ixtisaslaşmış «Eurona Telecom Wireless» texnologiya şirkəti oktyabrın 19-da aeroportların ödənişsiz «Wi-Fi» qoşulması ilə təmini üzrə öz proqramını işə salıb.
 
Proqram eyni anda İspaniyanın 12 aeroportunda tətbiq edilib.
 
 
«ICTnews.az» saytı «espanarusa.com» saytına istinadən yazır ki, indiyə kimi Pireney krallığında yerləşən 30 aeroport ödənişsiz «Wi-Fi» qoşulması təklif edirdi, ancaq hər bir müştəri üçün 30 dəqiqəlik limit qoyulmuşdu. «AVS» nəşrinin məlumatına görə, 2014-cü ildə 8 milyon sərnişin bu xidmətdən istifadə edib.
 
 Lakin indi İspaniyanın 12 aeroportunda internetdən istifadəyə heç bir limit olmayacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024