12px13px15px17px
Tarix:22/10/15

Azərbaycan Ümumdünya Poçt İttifaqının Administrativ Şurasının sessiyasında təmsil olunacaq

Cari ilin 26 oktyabr – 13 noyabr tarixlərində İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının Administrativ Şurasının 3 həftəlik sessiyası keçiriləcək.

Tədbirdə dünyanın bütün üzv-ölkələrinin iştirakı nəzərdə tutulur. Azərbaycan nümayəndələrinin də tədbirdə iştirakı gözlənilir və bu məqsədlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşlarının (Nasir Həmidov, Vüsal Mirzəyev) İsveçrəyə səfəri planlaşdırılıb.
 
 
Sessiyanın ilk həftəsində ÜPİ-nin QSF üzrə xüsusi qrupunun və Qəyyumlar Şurasının toplantıları keçiriləcək. Şuranın işinə bu orqana adlı olaraq Azərbaycandan seçilmiş İİŞ PS-nin baş məsləhətçisi Nasir Həmidov da qatılacaq.
 
Bu toplantıda Azərbaycanın da ÜPİ-nin Katibliyinə bu yaxınlarda təqdim etdiyi “Azərpoçt” MMC-nin poçt şəbəkəsində “Poçtun toplanması və çatdırılmasının inkişaf etdirilməsi” adlı layihəyə baxılacaq və müzakirələrin sonunda müvafiq qərar qəbul ediləcək.
 
 
“AzInTelecom” MMC-nin Beynəlxalq poçt şöbəsinin rəis müavini Vüsal Mirzəyevin isə sessiyanın ikinci həftəsindən başlayaraq bir sıra komissiya və işçi qruplarının toplantılarında və sessiyanın sonunda baş tutacaq Plenar iclaslarda iştirak edəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 559

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024