12px13px15px17px
Tarix:23/10/15

«Facebook» təkmilləşdirilmiş axtarış funksiyasını işə salıb

«Facebook» sosial şəbəkəsi yazılar üzrə axtarışın funksiyasını işə salıb. Yenilik hələ ki yalnız ABŞ-da «Android» ilə işləyən smartfonlar, fərdi kompüter və «iPhone» üçün əlçatan olacaq.
 

«ICTnews.az» saytı «lenta.ru» saytına istinadən yazır ki, axtarış funksiyası 2 trilyondan çox dərci əhatə edir. Sosial şəbəkə istifadəçiləri yalnız səhifə və dostların profilləri üzrə deyil, bütün nəşrlər üzrə axtarış aparmaq imkanı əldə edəcək.
 
«Business Insider» nəşri yazır ki, yeni funksiya «Google»un axtarış sisteminə rəqibdir, çünki təkmilləşdirilmiş axtarış funksiyası nəticəsində istifadəçilər onları maraqlandıran məsələləri tapmaq üçün internet nəhənginin axtarış sisteminə müraciət etməli olmayacaq.
 
Emil Hüseynov



Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024