12px13px15px17px
Tarix:23/10/15

Ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı isə 69,01 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.
 
 
Ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərrüfatlarının 58.3%-də kompüteri var və ev təsərrüfatlarının 75.2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70.6% genişzolaqlı xətlə, 25.4% mobil telefonla, yalnız 3.7% modem (dial-up) vasitəsi ilə qoşulur.

Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dil-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.



Baxış sayı: 836

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024