12px13px15px17px
Tarix:23/10/15

Hakerlər Britaniya telekommunikasiya şirkətinə hücum edib

Hakerlər il ərzində üçüncü dəfə Böyük Britaniyanın “TalkTalk” telekommunikasiya şirkətinə hücum ediblər. Kibercinayətkarlar tərəfindən istifadəçilərin bank kartları məlumatlarının oğurlanması güman edilir.
 
Hakerlərin həmçinin şirkətin məlumat bazasından abunəçilərin adlarını, onların ev ünvanlarını, telefon nömrələrini, elektron poçt ünvanlarını, "TalkTalk” şirkətindəki hesablarını oğurladığı ehtimal olunur.
 
İstifadəçilərinin sayı 4 milyon təşkil edən “TalkTalk” internet xidmətləri göstərir, stasionar və mobil rabitəni təmin edir, eləcə də informasiya texnologiyaları sahəsində texniki dəstək təklif edir.
 
Şirkətə əvvəllər edilən kiberhücumlar 2015-ci ilin fevral və avqustunda həyata keçirilib, - “TASS” yazır.



Baxış sayı: 513

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024