12px13px15px17px
Tarix:23/10/15

Çingiz Əliyev: “Müvafiq informasiya resurslarının “Elektron hökumət” portalında yerləşdirilməsi işləri aparılır”

“Ölkəmizdə ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılmış infrastrukturu artıq hazırdır və mükəmməl proqram təminatları əsasında qurulan bu elektron sistem sınaq testləri əsasında təkmilləşdirilir”. 


“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev məlumat verib.
 
O bildirib ki, vətəndaşların ünvanlı yardımla bağlı elektron şəkildə edəcəkləri müraciətlərə baxılması üçün onlara dair müvafiq məlumatların əldə olunması üçün digər aidiyyəti qurumlar tərəfindən müvafiq  informasiya resurslarının “Elektron hökumət” portalında yerləşdirilməsi işləri aparılır:
 
“Cari ilin ötən dövründə mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilib. Bu yardımların təyinatında şəffaflığın və ünvanlılığın təmin olunmasına ciddi nəzarətin həyata keçirilməsi nəticəsində ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı  cari ilin 9 ayında 22900 ailə (99636 nəfər ailə üzvü) və ya 16,7 faiz azalıb və hazırda 498410 nəfər ailə üzvünü əhatə edən 114050 ailəyə hər ay orta hesabla 153 manat ünvanlı sosial yardım ödənilir”.
 
 
 
SEYMUR



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024