12px13px15px17px
Tarix:24/10/15

9 ay ərzində 11548 ədəd mobil nömrə daşınıb

Tənzimləmə fəaliyyəti istiqamətində işlər hesabat dövründə də davam etdirilib. Mobil nömrə daşınması xidməti üzrə cari ilin 9 ayı ərzində 11548 ədəd mobil nömrə daşınıb ki, bunlardan 6650-si “Bakcell” MMC-nin şəbəkəsinə olub. Daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.

Hesabat dövründə telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi, o cumlədən arabağlantı münasibətlərində yaranan mübahisələrin “Telekommunikasiya haqqında” Qanuna, RYTN tərəfindən hazırlanmış arabağlantı şərtlərinə, həmçinin arabağlantı müqavilələrinə uyğun həll edilməsi üçün tədbirlər davam etdirilib.

Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və 9 ay ərzində 540 281 telefon cihazın İMEİ kodları bu sistem vasitəsi ilə qeydiyyata alınıb.

Həmçinin 9 ay ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 4 dövlət informasiya ehtiyatı və 16 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb. Nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 82-yə, informasiya sistemlərinin sayı isə 169-a çatıb.
 



Baxış sayı: 540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024