12px13px15px17px
Tarix:24/10/15

Azərbaycan Ümumdünya Radiorabitə Konfransında yeddi təkliflə çıxış edəcək

Cenevrə şəhərində 2-27 noyabr tarixlərində Ümumdünya Radiorabitə Konfransı  keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Ümumdünya Radiorabitə Konfransı (ÜRK) Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən hər 4 ildən bir keçirilir və sonuncu belə konfrans 2012-ci ildə Cenevrə şəhərində baş tutub.
 
 32 bənddən ibarət olan gündəlik üzrə bu il Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tərəfindən 7 təklif hazırlanıb. Bu təkliflərdən üçü  RRB ilə, biri CEPT-lə birgə, üçü isə tək Azərbaycan adından verilib.
 
Tədbir çərçivəsində ənənəvi olaraq radiotezliklərin beynəlxalq səviyyədə ayrılması, yeni radiotexnologiyaların tətbiqi və onlara  tezliklərin ayrılması, müxtəlif radiotexnologiyaların qarşılıqlı maneəsiz istismarının texniki xüsusiyyətləri (məsələn, rəqəmli TV və mobil rabitə), sərhəd ərazisində qonşu ölkələr arasında tezlik siqnallarının razılaşdırılmasının texniki şərtləri, peyk şəbəkələrinin istismarı və  qeydiyyatın prosedur qaydaları müzakirə olunacaq.
 
Konfransların  keçirilməsinin əsas məqsədi əvvəlki konfranslardan keçən dövr ərzində yeni radiotexnologiyaların tətbiqi üçün tezliklərin ayrılmasına baxılması və əldə olunmuş qərarlara əsasən Radioreqlamentə əlavə və düzəlişlərin edilməsidir.
 
 
Aynur Vəliyeva
 
 
 
 



Baxış sayı: 840

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024