12px13px15px17px
Tarix:26/10/15

İstifadəçilərin 35 faizi vişinq haqda məlumatsızdır

«Eset» antivirus şirkəti tərəfindən keçirilmiş beynəlxalq sorğu nəticəsində istifadəçilərin bank kibertəhdidləri sahəsində kompüter bilik səviyyəsi müəyyənləşdirilib.
 
Bir tərəfdən rəyi soruşulmuş istifadəçilərin əksəriyyəti əsas onlayn ödəniş təhdidləri haqda xəbərdardır. Məsələn, respondentlərin 87 faizi fişinq barədə kifayət qədər məlumata malikdir. Digər tərəfdən, daha bir geniş yayılmış fırıldaqçı sxem barədə məlumat hələ ki azdır. Söhbət vişinqdən («voice phising») - telefon fırıldaqçılığı vasitəsi ilə bank informasiyasının  oğurlanmasından gedir. İstifadəçilərin 35 faizi vişinq haqda ümumiyyətlə məlumatsızdır, 26 faizi isə hesab edir ki, bu, mətn mesajlarından istifadəyə əsaslanan fırıldaq sxemdir.
 
«ICTnews.az» saytı «cnews.ru» saytına istinadən yazır ki, respondentlərin 23 faizi hesab edir ki, antivirus proqram təminatının quraşdırılması onları internet təhdidlərindən tamamilə qoruyur, 16 faizi isə düşünür ki, əgər onlar "kölgə interneti"nə daxil olmurlarsa, o zaman narahatlıq üçün əsas yoxdur.
 
Yalnız respondentlərin 5 faizi hesab edir ki, şifratorla virusa yoluxmuş şəxsi sənədlərə girişi geri qaytarmağın yeganə yolu fırıldaqçılara pul ödəməkdir.
 
Emil Hüseynov



Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024