12px13px15px17px
Tarix:26/10/15

Uşağa qulluğa görə müavinətlə bağlı elektron formada təqdim olunan haqq-hesab cədvəllərinin sayı bir ayda 10 mindən çox olub

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”  e-xidməti sentyabr ayında “Elektron hökumət” portalı üzərindən  ən çox müraciət olunan xidmətlərdən olub.
 
“ICTnews” elektron xəbər xidmətinin  məlumatına görə, ötən ay uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı 10502 haqq-hesab cədvəli təqdim edilib.
 
Bu xidmət vasitəsilə adıçəkilən haqq-hesab cədvəlləri elektron formada doldurularaq DSMF-nin departamentləri, rayon (şəhər) şöbələri, Naxçıvan Muxtar Respublikası DSMF-nin rayon (şəhər) şöbələrinə  verilir.
 
Elektron xidmətin göstərilməsi üçün müavinət təyin edən komissiyanın protokolunun, uşağa qulluq edilməsinə görə qismən ödənilən məzuniyyətin verilməsi barədə müdiriyyətin əmrindən (sərəncamından) çıxarışın və uşağın doğum haqqında şəhadətnaməsinin skan edilmiş surətləri  tələb olunur.
 
E-xidmətin göstərilməsi nəticəsində uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı elektron formada təqdim edilən haqq-hesab cədvəlinə və qeyd olunmuş sənədlərin skan olunmuş surətlərinə əsasən Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən müvafiq müavinət məbləğinin ödənişi həyata keçirilir.
 
CAHANGİR
 



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024