12px13px15px17px
Tarix:26/10/15

“E-manat” terminallarında ölkədaxili ani pulköçürmələrinin həyata keçirilməsinə başlanılıb

“Modenis” şirkətinin “E-manat” ödəniş terminalları şəbəkəsində ölkədaxili ani pulköçürmələrinin həyata keçirilməsinə başlanılıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, artıq ödəniş sisteminin  saytı istifadəyə verilib və burada onlayn ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.
 
 “Modenis” şirkətinin “e-Manat” ödəniş terminalları şəbəkəsində istifadə etdiyi terminallar “QIWI” beynəlxalq ödəniş sistemində istifadə edilir və şirkətin gələcək planlarına “QIWI” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində bu qrupa aid olan ölkələrlə Azərbaycan arasında ani pulköçürmələrin həyata  keçirilməsi nəzərdə tutulub. 

Bu beynəlxalq ödəniş sistemi ilə birgə rusiyali müştərilər Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Ukraynaya  “QIWI” terminalları və “Visa QIWI Wallet” elektron pul cüzdanı vasitəsi ilə ani pulköçürmələri həyata  keçirə biləcək.

Artıq 100 mindən çox “QIWI” terminalında, eləcə də,  “Visa QIWI Wallet”in rəsmi saytında və mobil əlavəsində tələb olunan rekvizitləri daxil etməklə 15 dəqiqə ərzində tələb olunan ünvana pul vəsaiti köçürmək mümkündür.

 
Aynur Vəliyeva
 




Baxış sayı: 584

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024