12px13px15px17px
Tarix:27/10/15

Bakı Ali Neft Məktəbinin “EBSCO” Axtarış Xidmətini tətbiq etməsi haqda məlumat beynəlxalq sosial şəbəkələrdə dərc olunub

Bakı Ali Neft Məktəbinin “EBSCO” Məlumat Xidmətinin “EBSCO” Axtarış Xidmətini tətbiq etməsi haqda məlumat beynəlxalq sosial şəbəkələrdə dərc olunub.
 
Belə ki, “EBSCO Company”, “NBC” (The National Broadcasting Company is an American commercial broadcast television and radio network - Amerika Televiziya və Radio Kommersiya Yayımı Milli Yayım Şirkəti), “The Librarian News Wire-LISWire”-də (Kitabxana Xəbər Şəbəkəsi), eləcə də “Facebook”, “Linkedln”, “Twitter” kimi sosial şəbəkələrdə BANM-nin kitabxanasının strateji inkişaf istiqamətlərini müəyyənləşdirən “Gələcəyə Doğru” planında “EBSCO” Axtarış Xidmətinin növbəti 3 il ərzində mühüm rol oynayacağı vurğulanıb. “Bakı Ali Neft Məktəbi “EBSCO” Axtarış Xidmətini seçir” başlıqlı yazıda bildirilir ki, “Gələcəyə Doğru” planının mühüm komponentlərindən biri tələbə və tədqiqatçıların ehtiyaclarına uyğun rəqəmsal materialların və xidmətlərin təminatıdır.
 
 BANM-in rektoru Elmar Qasımovun sözlərinə görə, sürətli və münasib axtarış nəticələri təmin etməklə EDS (Məlumat Xidmətinin Axtarış Sistemi) müəllim və tələbələri münasib mənbələrlə təmin edəcək.
 
EDS vasitəsi ilə tələbələr axtarışları həyata keçirərkən vaxt itirməyəcək və onların məlumat axtarışı qabiliyyətləri daha da təkmilləşəcəkdir. BANM-in bütün tələbə və işçiləri kampusda və kampusdan kənarda EDS-ə kitabxananın internet səhifəsindən həftənin istənilən günü 24 saat daxil ola biləcəklər.
 
Qeyd edək ki, BANM EDS-i tətbiq edən Azərbaycanın ilk ali təhsil müəssisəsidir. İstifadəçilər EDS-in axtarış sistemindən və istifadə üçün əlverişli olmasından razıdır. EDS-in müştəri xidməti də mükəmməldir.
 
Qeyd edək ki, “EBSCO” Məlumat Xidmətləri dünyanın 100-dən çox ölkəsində 8.000-dən artıq müştəri ilə kitabxanalara öz axtarış xidmətlərini təqdim edən aparıcı şirkətdir. “EBSCO” Axtarış Xidmətləri kitabxanalar üçün onlayn tədqiqat materialları təmin edən qabaqcıl xidmətdir.
 
Milyonlarla istifadəçi və minlərlə ali məktəbə xidmət edən “EBSCO” yüzlərlə tədqiqat-məlumat bazası, tarixi arxivlər, tibbi istinadlar və korporativ təlim vasitələrini əhatə edir.
 
 
SEYMUR



Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024