12px13px15px17px
Tarix:10/06/11

Seulda mobil xəritə xidməti

Bir neçə gün bundan əvvəl Cənubi Koreyanın hökuməti “Smart Seoul Map” adlanan smartfon xidmətini işə salıb. 124 xəritədən ibarət olan xidmət istifadəçilərə şəhərdəki 782 diqqətəlayiq yerin yerləşməsinin müəyyən edilməsində kömək edir.
Cənubi Koreya hökumətinin rəsmi bəyanatında deyilir ki, mövcud ticarət xəritələrindən fərqlənən yeni xidmət ətraflı məlumat saxlayan xatirələri təqdim edir. Xəritələr hətta küçələr və kiçik binalar haqqında məlumatı verirlər. Xəritə hökumət orqanlarının məlumat bazasındakı rəqəmləri geokodlaşdırır və xəritədən istifadə edənlərə olduğu yerləri müəyyən etmək üçün kömək edir.
Geokodlaşma zamanı ünvan üzrə məlumat koordinatlara çevrilir və bu, istifadəçilərə Seul şəhərində inzibati binaların yerləşməsini müəyyən etməyə imkan yaradır. Bundan savayı, xəritə zərərsiz qida, binaların ünvanları, hava, mədəniyyət və istirahət mərkəzləri haqqında məlumatı təqdim edir.



Baxış sayı: 2320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024