12px13px15px17px
Tarix:16/09/11

Azərbaycan məktəblərində interaktiv texnologiyalar tətbiq edilir

"Smart Technologies" şirkəti Azərbaycan məktəblərində interaktiv təlim texnologiyalarının tətbiqi imkanlarını genişləndirir. Şirkətin direktoru Ülviyyə Əhmədovanın sözlərinə görə, hazırda şirkət Təhsil Nazirliyi ilə birgə interaktiv dərslərə hazırlıq və DYMO Mimio interaktiv cihazları ilə iş üzrə məktəb müəllimləri üçün təlimlər təşkil edir. Qeyd edək ki, şirkət DYMO Mimio-nun Azərbaycandakı rəsmi nümayəndəsidir.

“İnteraktiv təhsil mənbələrinin hazırlanması "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" ilə nəzərdə tutulub. Təlimlərin nəticəsi kimi, hər bir müəllim öz keçdiyi dərs üzrə minimum bir interaktiv dərs hazırlayır", - o deyib.

Bu günədək təlimlərdə yüzlərlə müəllim iştirak edib. Əhmədovanın sözlərinə görə, onlar arasında hətta 5-6 dərs hazırlayanlar da var, bu dərslər /edu.mimio.az/ saytında yerləşdirilir.

Sayt müəllimlərin öz aralarında əməkdaşlıq etməsinə, təcrübə mübadiləsinə, həm də öz mövzusu üzrə lazımi interaktiv dərsi seçməyə imkan verir.

"Beləcə, bizdə interaktiv dərs məlumatları bazası əmələ gəlir. DYMO Mimio-nun dünya müəllimlərinin öz interaktiv dərslərini göndərdikləri saytı var. Sayt imkan verir ki, onlar öz işlərinə olan rəğbət nisbətində pul qazansınlar.

Məsələn, müəyyən qədər baxış yığan məktəb müəllimi bir neçə min dollar qazana bilər. İndiyədək bir azərbaycanlı müəllimin göndərdiyi işə mindən çox baxış olub", - o deyib.

Hazırda "Smart" şirkəti eyni sistemi /edu.mimio.az/ saytında tətbiq etməyi planlaşdırır. Hazırda sayt interaktiv dərslərə baxılmaları və yükləmələrin statistikasını aparmağa imkan verir ki, bu da təşəbbüskar pedaqoqlar arasında əməkdaşlığı təmin edir.

Tədris ilinin başlanğıcı ilə Bakının 54 məktəbi İKT cihazları, o cümlədən DYMO Mimio-nun interaktiv qurğuları (elektron lövhələr) ilə təchiz olunub.

Gələcəkdə bu qurğulara regional orta ümumtəhsil məktəblərində də rast gəlinəcək. Hazırda elektron lövhələrdən Gəncə, Sumqayıt, Şəki və Oğuz məktəblərində istifadə olunur.



Baxış sayı: 1816

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024