12px13px15px17px
Tarix:28/10/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müsabiqəyə 5 vakansiya təqdim edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bu gün  dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə elan edib.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu müsabiqədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Sumqayıt Apelyasiya Məhkəməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi ilə yanaşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) də iştirak edir.
 
RYTN müsabiqəyə 5 vakant vəzifə çıxarıb.  Müsabiqəyə nazirliyin Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib, mərkəzin Əməliyyat sektorunda məsləhətçi, aparıcı məsləhətçi,  Analiz və məsləhət sektorunda baş məsləhətçi, sektor müdiri vakant vəzifələri təqdim edilib.
 
CAHANGİR



Baxış sayı: 1143

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024