12px13px15px17px
Tarix:28/10/15

Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilib

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2014-cü il mayın 19-da Hanoy şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 202 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Vyetnam Sosialist Respublikası Hökuməti arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq haqqında” Sazişin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

 

1. İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
 

Komissiyanın həmsədri

 

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri. 
 

Komissiyanın üzvləri:

 

Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
 

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
 

Sahil Babayev – Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini
 

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
 

Elmir Vəlizadə – Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
 

Musa Pənahov – Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
 

İlham Quliyev – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
 

Firdovsi Əliyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
 

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
 

Anar İmanov – Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Azərbaycan–Vyetnam Hökumətlərarası
 

Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Vyetnam Sosialist Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 oktyabr 2015-ci il.





Baxış sayı: 508

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024