12px13px15px17px
Tarix:28/10/15

“Intel İSEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində Azərbaycanın gələcək alimlərinin seçiminə start verilir

"Sabahın alimləri" V Respublika müsabiqəsinə start verilir. Müsabiqə 2016-cı il 11-13 fevral tarixlərində "Intel İSEF" – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqənin kateqoriyalarına kompüter elmləri, mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.), riyaziyyat, fizika, astronomiya və digər sahələr daxildir. Müsabiqədə Azərbaycanın bütün rayonlarında yerləşən ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan şagirdlər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan layihələr fərdi və ya kollektiv (3 nəfərdən çox olmamaqla)  halda hazırlana bilər.
 
Layihələr hazırlanarkən müsabiqənin etik qaydalarına riayət olunaraq bir il müddətində (fevral 2015 - fevral 2016) hazırlanmalıdır.
 
 
 Şagirdlərin layihələri konkret elmi-texniki problemin həllinə yönəlməlidir və müsabiqənin kateqoriyalarından birinə uyğun gəlməlidir. Hər şagird və ya komanda yalnız bir layihə təqdim edə bilər.
 
İnsan iştirakçıları, onurğalı heyvanlar və təhlükə potensiallı bioloji agentlərlə bağlı layihələr təcrübə-sınaq işlərinə başlamamışdan əvvəl Elmi Ekspertiza Komitəsi (EEK) tərəfindən ekspertizadan keçirilməli və təsdiq edilməlidir.
 
 
Hər bir şagird "Şagirdin yoxlama cədvəli"ni (1A), "Tədqiqat planı və Təsdiq forması"nı (1B) doldurub 25 dekabr 2015-ci ilə qədər "http://sabahinalimleri@gmail.com" ünvanına göndərməlidir.
 
 
Elmi rəhbər şagird ilə birlikdə Elmi rəhbərin yoxlama cədvəlini (1) doldurmalı və  25 dekabr 2015-ci ilə qədər "http://sabahinalimleri@gmail.com" ünvanına göndərməlidir.
 
Elmi rəhbər layihənin yerinə yetirilməsinə nəzarət etməlidir.
 
Komitədən qeyd edilib ki, BSL- təhlükə potensiallı bioloji agentlər, DEA - nəzarəti altında olan maddələr, insan iştirakçıları cəlb olunan, onurğalı heyvanlara dair tədqiqatların aparılması üçün mütəxəssis alim tələb olunur.
 
Həmçinin EEK-nın ilkin təsdiqindən sonra "Şagirdin yoxlama cədvəli"ndə və ya "Tədqiqat planının Təsdiq forması"nda dəyişikliklərin edilməsi tələb olunduqda, laboratoriya təcrübə-sınaq işinə və məlumatların toplanmasına başlamamışdan öncə həmin sənədlər təkrar təsdiqlənməlidir. Əvvəlki ildən davam edən layihələr üzrə təcrübə-sınaq işlərinə və məlumatların toplanmasına başlamamışdan əvvəl sənədlər EEK tərəfindən cari il üçün təkrar təsdiq olunmalıdır.
 
 
Əgər layihə tədqiqat institutunda, sənaye müəssisəsində, yaxud ev, məktəb xaricində həyata keçirilmişdisə, "Tədqiqat institutu və Sənaye müəssisəsi" forması doldurulmalı və stenddə nümayiş etdirilməlidir;
 
 
Təcrübə-sınaq işləri başa çatdıqdan sonra hər bir şagird və ya komanda cari ildə görülən işin xülasəsinə dair bir səhifəlik (maksimum 250 sözdən ibarət) annotasiya 25 dekabr 2015-ci  ilə qədər "http://sabahinalimleri@gmail.com" ünvanına göndərməlidir.
 
 
Layihə hazırlanma qaydası və tövsiyələrdən istifadə edilməlidir, eləcə də layihənin yerinə yetirilməsinə dair Gündəlik aparılması və müsabiqə zamanı nümayiş etdirilməsi tövsiyə edilir. Eyni zamanda şagirdlərin nəzərinə çatdırılır ki, müsabiqənin işçi dilləri – Azərbaycan və rus dilləridir. "Intel İSEF"-də iştirak etmək üçün seçiləcək şagirdlərin təqdimatları ingilis dilində dinləniləcək.
 
 Müsabiqədə iştirak isə pulsuzdur. Müsabiqəyə şagirdlərin qeydiyyatı 25 dekabr 2015-ci il tarixinədək onlayn aparılır.
 
Musabiqəyə hazırlaşan şagirdlərlə noyabr-dekabr aylarının hər şənbə günü saat 10:00-dan 12:00-dər Gənc İstedadlar liseyində EEK-nın və Təşkilat komitəsinin üzvləri ilə görüşlər keçiriləcək.
 
 
Direktor, müəllim və elmi rəhbərlərə gəlincə, "Sabahın alimləri" V Respublika müsabiqəsi keçirilən müddətdə şagirdlərin elmi fəaliyyəti ilə məşğul olan müəllimlər, şagirdlərin elmi rəhbərləri və direktorlar üçün "Intel" Təlim Akademiyası fəaliyyət göstərəcək.
 
Həmin Akademiyada keçiriləcək treninqlərdə iştirak etmək istəyənlər 2016-cı il 15 yanvar tarixinədək müsabiqənin saytında onlayn qeydiyyatdan keçməlidirlər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 447

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye