12px13px15px17px
Tarix:28/10/15

«MasterCard» cihazları ödəniş kartlarına çevirəcək

«MasterCard» ödəniş sisteminin işə saldığı yeni proqramın məqsədi alış-verişin ödənişi üçün mobil qurğudan istifadəni nəzərdə tutur.
 
 
«ICTnews.az» saytı «gazeta.ru» saytına istinadən yazır ki, ödəniş kartı qismində yalnız telefondan deyil, həm də fitnes qolbaqlar, "ağıllı" üzüklər və başqa cihazlardan istifadə etmək mümkün olacaq. Beləliklə, «MasterCard» ödəniş prosesini son dərəcə asanlaşdırmaq istəyir. Bir neçə  şirkət artıq «MasterCard» üçün kredit kartlarını dəstəkləyən qurğu  prototipini istehsal edib. Məsələn, «General Motorols» avtomobil konserni kontaktsız ödənişlər texnologiyasını dəstəkləyən brelok hazırlayıb.
 
 
«MasterCard» ödəniş sistemini dəstəkləyən ilk qurğular gələn il ABŞ-da çıxarılacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 511

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024