12px13px15px17px
Tarix:29/10/15

Lerik-Lənkəran optik kabel xətti nəzarətə alındı

Son vaxtlar hava  şəraitinin yağmurlu və küləkli keçməsi bəzi bölgələrdə təbii fəlakətə səbəb olub. Baş vermiş yağışlar nəticəsində  bəzi dağlıq və dağətəyi bölgələrin, o cümlədən bir çox aran rayonlarında iqtisadiyyatın bütün sahələrinə, o cümlədən rabitə sahəsinə ciddi ziyan dəyib. Son iki həftə ərzində cənub bölgəsinə yağan intensiv yağışlar Lənkəran-Lerik yolunda dağdan gələn torpaq gil qatının mütəmadi olaraq yola tökülməsinə səbəb olub.
 
 Eyni zamanda yolun yamac hissəsində çay sularının torpaq qatını yuması nəticəsində bu hissədə iri çatlar yaranıb. Hətta təhlükəli zonada asfalt yolun bir hissəsi sürüşüb. Ərazidə təbii fəlakətin baş verməsi Lerik-Lənkəran avtomobil yolu ilə yanaşı, yol qırağı çəkilən, hər iki rayonu birləşdirən şəhərlərarası və beynəlxalq telefon xətləri üçün də real təhlükə əmələ gəlib. Yol boyu çəkilən telefon xətlərinin uçurum hissədə olması vəziyyəti daha da ağırlaşdırıb.


Lerik Telekommunikasiya Qovşağının rəisi Vəliyulla Alışovun verdiyi məlumata görə, bir neçə gün əvvəl başlayan aramsız yağışlar ərazidə rabitə üçün problem yaradıb.
 
 
“Yolun sürüşüb çaya tərəf axması rabitə dirəkləri üçün də real təhlükə yaradıb. Qabaqlayıcı tədbirlər kimi kabel xətlərini dirəklərdən açıb ağaclara bağladıq və daha sonra dirəyin yerini dəyişməklə vəziyyətdən çıxdıq. Ancaq ərazidə təhlükə qalmaqdadır”.


Lənkəran Telekommunikasiya Qovşağının rəisi Gülağa Şıxəliyevin bildirdiyinə görə, artıq rabitə qəza dəstəsi təbii fəlakət bölgəsindədir. “Biz vəziyyəti nəzarət altında saxlayırıq. Rayon rabitəsinin şəhərlərarası və beynəlxalq çıxışının dayanıqlığının təmin edilməsi üçün bütün tədbirlər həyata keçirilir”.
RƏVAN



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024