12px13px15px17px
Tarix:30/10/15

“Apple Pay” ilin sonunadək daha iki ölkədə istifadəyə veriləcək

“Apple Pay” mobil ödəniş servisi cari ilin sonunadək “American Express” maliyyə şirkəti ilə əməkdaşlıq sayəsində Kanada və Avstraliyada istifadəyə veriləcək.


Bu barədə “Apple” rəhbəri Tim Kuk şirkətin dördüncü rübdə maliyyə fəaliyyətinə həsr edilən telekonfrans zamanı bildirib. Şirkət rəhbəri həmçinin əlavə edib ki, 2016-cı ildə ödəniş xidməti Honkonq, Sinqapur və İspaniyada istismara veriləcək.  
 
Məlumat üçün qeyd edək ki, 2014-cü ilin sentyabrında təqdim edilən “Apple Pay” ABŞ-da oktyabrın sonunda rəsmən istifadəyə verilib. Sistem istifadəçilərə “MasterCard”, “Visa” və “American Express” kartlarındakı məlumatları “Passbook” əlavəsinə daxil edərək sonradan onlardan alış-veriş ödənişləri üçün istifadəyə imkan yaradır. Ödəniş “iPhone 6” modelinə quraşdırılan “NFC” çipi vasitəsilə həyata keçirilir.
 
“Apple Pay” vasitəsilə ödənişlər edilərkən yeni kart yaradıldığına görə satıcılar əsas vəsaitlərin olduğu çıxış məlumatlarını almır. Hazırda “Apple”ın ödəniş servisi “McDonalds”, “Apple Store”, “Walgreens”, “Macy's”, “Disney” və digər mağazalar tərəfindən dəstəklənir, - “Macdigger” yazır. 



Baxış sayı: 547

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024