12px13px15px17px
Tarix:30/10/15

Dünyada mobil telefonların tədarükü yarım milyarda yaxınlaşıb

“Counterpoint Research” analitik şirkətinin hesablamasına görə, iyul-sentyabrda qlobal bazara rekord sayda - 495 milyon ədəd mobil telefon çıxarılıb ki, bu da əvvəlki rübün göstəricisindən 7 faiz və bir il əvvəlki nəticədən 3,6 faiz çoxdur.

Qeyd olunan həcmin 366 milyon ədədini smartfonlar təşkil edib. Bu isə o deməkdir ki, hesabat dövründə buraxılan dörd qurğudan üçü smartfonlar sinfinə aid olub.
 
Şirkət mütəxəssislərinin sözlərinə görə, “LTE” şəbəkəsini dəstəkləyən modellərin yayılması Çin, Hindistan, Rusiya, İndoneziya və digər inkişaf etməkdə olan bazarlarda smartfonlara tələbatı stimullaşdırır.
 
Ekspertlər qeyd edirlər ki, 12 ən böyük dünya smartfon tədarükçüsünün 9-u Çini təmsil edir və birlikdə qeyd olunan bazarın üçdə bir hissəsinə nəzarət edir.
 
“Huawei” və “ZTE” şirkətləri ötən rübdə artım tempinə görə lider olub və nəticələrini xeyli yaxşılaşdırıb. Şirkətlər müvafiq olaraq 27,4 və 16,2 milyon aparat tədarük edərək bir il əvvəlki göstəricini 63,1 və 42,1 faiz artırıb. Nəticədə istehsalçıların bazar payı 5,1 və 3,5 faizdən 7,5 və 4,4 faizədək yüksəlib. Dünyada smartfonların tədarük həcminin 60 faizini təmin edən altı şirkət arasında  “Huawei” və “ZTE” üçüncü və altıncı yeri tutub.
 
Siyahıda lider 84 milyon smartfon tədarük edən “Samsung” şirkətidir (1 il əvvəl 79 milyon +6,3 faiz). Bunun nəticəsində Cənubi Koreya istehsalçısının payı 22,9 faizə çatıb. “Apple” şirkəti "iPhone 6” modelinə yüksək tələbat sayəsində tədarükü 22,4 faiz - 39,2 faizdən 48 faizədək artıra bilib. ABŞ şirkəti 9,7 faizlik payla ikinci yerini qoruyub.
 
Dördüncü və beşinci pillədə “Lenovo” (Motorola ilə birlikdə) və “Xiaomi” şirkətləri qərarlaşıb. Onların dünyada smartfonların tədarükünə töhfəsi 18,5 və 18,2 milyon qurğuya bərabər olub ki, bu da pay ifadəsində hər biri üçün 5 faiz təşkil edib, - "DailyComm” yazır.



Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024